13 
Sen
2017
16:43
255
99
20427
Virtual karabakh

Azərbaycanlı tanınmış müğənni həbs oluna bilər? - YENİLƏNİB

13 Sen, 2017
16:43
20427

Azərbaycanlı tanınmış müğənni həbs oluna bilər? - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün tanınmış müğənni Kərim Abbasovun həbs oluna biləcəyinə dair xəbər yayılıb.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı ifaçının prodüseri ilə əlaqə saxlayıb.

“Belə bir hadisə olmayıb. Bunu kim uydurub, haradan qaynaqlanıb bilmirik. Yanlış məlumatdır”, - deyə K.Abbasovun prodüseri yayılan məlumatı təkzib edib.

16.35

Tanınmış müğənni Kərim Abbasovla bağlı polisə şikayət ərizəsi daxil olub. 

Oxu.Az lent.az-a istinadla xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinə şikayət edən şəxs müğənninin bıçaqla ona hücum etdiyini deyib. Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl Kərimin Rəsulzadə qəsəbəsindəki evində təmir işlərinə başlayıb. Daha sonra evə baxış keçirən müğənni ustanın işini bəyənməyib və onlar arasında dava-dalaş olub. Münaqişə zəminində Kərim mətbəx bıçağı ilə ustaya hücum edib. Ətrafdakı şəxslərin köməyi ilə qanlı hadisənin qarşısı alınıb.

Artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, ustanın dedikləri təsdiqini taparsa, müğənni Kərim Abbasov həbs edilə bilər.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri