14 
Sen
2017
15:06
322
20
9969
Virtual karabakh

“Faytonçu” Nazim klinika və həkimi prokurorluğa verdi

14 Sen, 2017
15:06
9969

“Faytonçu” Nazim klinika və həkimi prokurorluğa verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, “Faytonçu” Nazim (Nazim Pişyari) onu əməliyyatla pis hala salan “Elmed” klinikasının həkimi Elman Əzimov barədə hüquq-mühafizə orqanlarına şikayət edib.

Oxu.Az xəbər verir ki, artıq müğənni bu barədə prokurorluğa müraciət edib.

Bu barədə saytımıza müğənninin vəkili Ceyhun Yusifov açıqlama verib.

O bildirib ki, Nazim Pişyari ona dəyən 62 min dollar dəyərində maddi-mənəvi ziyanın ödənilməsi tələbi ilə yaxın günlərdə məhkəmədə iddia qaldıracaq.

“Elmed” klinikasının fəaliyyəti və həkimin səriştəsizliyi barədə hüquq-mühafizə orqanlarına müraciət etmişik. Eyni zamanda, Səhiyyə Nazirliyinə də klinikanın fəaliyyətinin yoxlanılması barədə müraciət ünvanlanacaq. Sənədlər gələn həftə isə məhkəməyə təqdim olunacaq”.

Xatırladaq ki, öd kisəsindən əziyyət çəkən müğənni 4 dəfə əməliyyat olunub, sonda ona onkoloji xəstəliklə bağlı yanlış diaqnoz qoyulub.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri