19 
Sen
2017
11:44
203
30
4374
Virtual karabakh

Azərbaycanlı prodüser Dueyn Consonla işləyəcək

19 Sen, 2017
11:44
4374

Azərbaycanlı prodüser Dueyn Consonla işləyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxstanın “Street Workout” federasiyasının vitse-prezidenti İslam Badurqov və azərbaycanlı prodüser Əmir Allahverdi Las-Veqasda aktyor Dueyn Conson ilə görüşüblər.

Bu barədə Oxu.Az xarici mətbuata istinadən xəbər verir.

“Dostlar, 16 sentyabr Las-Veqasda mən və dostum prodüser Əmir Allahverdi “Qaya” ləqəbli aktyor və idmançı Dueyn Consonla görüşdük. Bu insan əfsanədir. O, məni həm həyatda, həm də idmanda motivasiya edir. Buna görə də, dostlar, xəbərləri izləyin, çünki yaxın zamanlarda sizi sevindirəcəyik”, - deyə İslam Badurqov “Instagram” səhifəsində qeyd edib.

İslam Badurqov bildirib ki, “Qaya” ilə birgə layihə hazırlanır, lakin təfərrüatlar haqda hələ məlumat vermək olmaz: “Çox səmimi söhbət baş tutdu. O məni və dostum Əmiri görməyə çox şad idi. Layihə hazırlayırıq və onu Dueynə təklif etmək istəyirik. Hər şey sirr olduğu üçün təfərrüatlar haqda məlumat verə bilmərəm”, - deyə İslam Badurqov qeyd edib.

Dueyn Conson “Qaya” ləqəbi ilə tanınan amerikalı restler və aktyordur. 1996-cı ildən 2004-cü ilədək “World Wrestling Federation/Entertainment”də (WWF/E) çıxış edib. 8 qat WWF/E, 2 qat WCW, 2 qat WWF çempionudur.

2001-ci ildə kinoda debüt edən Dueyn 2002-ci ildə “Əqrəblərin hökmdarı” filmində baş rolu ifa edib. Həmçinin, Conson “Doom”, “Mumiya qayıdır”, “Forsaj”, “Herakl” kimi filmlərdə rol alıb.

A.S., E.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri