20 
Sen
2017
11:18
5
64
2519
Virtual karabakh

Kompüter üçün “ən təhlükəli” britaniyalı musiqiçilər

20 Sen, 2017
11:18
2519

Kompüter üçün “ən təhlükəli” britaniyalı musiqiçilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“McAfee” antivirus proqramının təsisçi şirkəti  iddia edib ki, hakerlər mahnılar vasitəsilə kompüterlərə virus göndərir. Şirkət, hakerlər tərəfindən mahnılarından ən çox  istifadə edilən britaniyalı musiqiçilərin siyahısını tərtib edib.

Bu barədə Oxu.Az NME-yə istinadən xəbər verir.

Siyahının lideri 7 albomun müəllifi, 36 yaşlı Kreyq Devid olub. Qeyd olunub ki, bu musiqiçinin adı, istifadəçiləri təhlükəli saytlara yönəltmək üçün hakerlər tərəfindən daha çox istifadə olunur.

İkinci pillədə R&B ifaçısı Emeli Sande, üçüncü yerdə isə “One Direction” qrupunun üzvü Liam Peyn qərarlaşıb. İlk onluqda Adel, Ed Şiran, Cessi Cey, Rita Ora, Charli XCX və Lili Allen yer alıb.

Siyahını “One Direction” qrupunun keçmiş üzvü Zeyn Malik tamamlayıb.

E.C.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri