20 
Sen
2017
14:48
180
32
14279
Virtual karabakh

Əməkdar artistdən həmkarlarına: Yəqin, onlar toydan sonra da lazım olurlar

20 Sen, 2017
14:48
14279

Əməkdar artistdən həmkarlarına: Yəqin, onlar toydan sonra da lazım olurlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Zöhrə Abdullayeva qalmaqallı açıqlama verib.

Oxu.Az axşam.az-a istinadən bildirir ki, müğənni yaşlı sənətkarlara “Qatarı gedib” deyənləri verilişdə tənqid edib.

“Bizim yaşımıza çatanda, onların faytonu da getmiş olacaq. Biz Şövkət Ələkbərova kimi sənətkar yanında su belə içməyə utanırdıq. Sənətin qatarı getmir. İndi restorandan çıxan müğənnilər elə böyük danışırlar ki... Bizim qəlbimizə dəymək olmaz. Bir neçə ay əvvəl görürəm, iki müğənni deyir ki, o, Məmmdbağırla sözünü deyib, bitirdi. Onu deyən mənim bircə boğazımdan edə bilsin. İndi bərk gedir, toylara lazımdır. Yəqin, onlar toydan sonra da lazım olurlar.

O biri deyir, vaxtı qurtarıb. İllərimi sənətə vermişəm. Sizin nə ixtiyarınız var, belə deyirsiniz? Hələ də Zeynəb Xanlarovaya günəş kimi baxırıq. Biz pomidoruq, çürüyək? Yoxsa qatıq, xamayıq, tariximiz keçir? Danışıqlarına fikir versinlər. Düşünsünlər, danışsınlar. Mənim üçün mənfi danışsalar, başqa cür cavab verəcəyəm”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri