20 
Sen
2017
15:35
140
60
7471
Virtual karabakh

Faiq Ağayevdən Ədalət Şükürova etiraz: O, bunu özü üçün danışa bilər

20 Sen, 2017
15:35
7471

Faiq Ağayevdən Ədalət Şükürova etiraz: O, bunu özü üçün danışa bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Faiq Ağayev “APA TV”-nin “Show time” verilişinin qonağı olub.

Oxu.Az xəbər verir ki, F.Ağayev Əməkdar artist Ədalət Şükürovun “Azərbaycanda konsertdən qazanan müğənni yoxdur” fikrinə münasibət bildirib.

“Ədalət bunu ancaq özü üçün danışa bilər. Hər bir konsertin sənədləri var. Biz müğənnilərin VÖEN-i var. Əgər mən konsertdən vergi ödəyirəmsə, deməli, pul qazanıram. Söhbət Ədalətdən getmir, Ədalət yaxşı oğlandır. Bu sözləri deyənlər naşı insanlardır, konsert keçirməyi bacarmayanlardır. Azərbaycanda 3 müğənni var ki, konsertdən pul qazana bilirlər. Biri mənəm, biri Alim Qasımovdur, üçüncüsünü isə deməsəm də, olar”, - deyə o söyləyib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri