20 
Sen
2017
16:59
28
173
6204
Virtual karabakh

Çənəsi sındırılan azərbaycanlı aktyor: Hələ də sağalmamışam

20 Sen, 2017
16:59
6204

Çənəsi sındırılan azərbaycanlı aktyor: Hələ də sağalmamışam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 20-də Sumqayıtda kütləvi dava zamanı çənəsi sındırılan Bələdiyyə Teatrının aktyoru, bir çox serialların baş qəhrəmanı Elxan Rza hələ də sağalmayıb.

Oxu.Az xəbər verir ki, Yenicag.az-a açıqlama verən aktyor müalicəsini ev şəraitində davam etdirdiyini bildirib.

“Hələ də sağalmamışam. Çənə və ağız ətrafı sinirlər tam bərpa olunmayıb. Çənənin sağalması bir il çəkir, sinirlərin bərpası isə 6 ay. Teatrımız yubiley ərəfəsindədir. Tədbirlər olmalıdır, yayboyu necə böyük həvəslə hazırlaşırdım, amma bu hadisə ortaya düşdü. Artıq yeni mövsüm başlayıb. Yeni tamaşalarda oynaya bilməyəcəyəm. Çünki gəzə bilmirəm, havaya çıxan kimi sınıq yerində ağrılar olur. Mütəmadi həkim nəzarətindəyəm. Bir gündən bir xəstəxanaya gedib-gəlirəm”, - deyə o bildirib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri