21 
Sen
2017
14:25
24
196
7958
Virtual karabakh

Xalq artisti saçını rəngləyən kişi həmkarlarını müdafiə etdi

21 Sen, 2017
14:25
7958

Xalq artisti saçını rəngləyən kişi həmkarlarını müdafiə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən saçıma boyanı vurdurandan sonra Faiq Ağayevliyimi itirmirəm”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan Xalq artisti Faiq Ağayev deyib. O, plastik əməliyyat keçirdiyinə, saç rənglədiyinə görə tənqid olunan kişi müğənnilərimizin müdafiəsinə qalxıb: “Təzyiqlər görmüşəm. Daha sonra təzyiqləri edənlər öz səhvlərini anlayıblar. İncəsənət tam başqa bir sahədir. Biz daha qabarıq, daha rəngarəng olmalıyıq. Səhnə cavanlığı sevir. Bizim tamaşaçıların, əhalinin mühafizəkar hissəsi var. Onlar dəyişikliklərə yox deyirlər. Bax, onların xoşuna gəlmək üçün deyirlər. Tutalım ki, sən mentallığa uyğunsan, bəs sənin oxuduğun nədir? Bir qəpik qiyməti də yoxdur. Səhnə geyimin, səhnə danışığın sıfırdır. Mentallığı sənətlə bağlamaq olmaz. Məsələn, sırğa. Siz Babəkin, peyğəmbərin, imamların şəklinə baxın. Kim bunu deyirsə, sənətə səhv gəlib”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri