22 
Sen
2017
09:57
58
100
8578
Virtual karabakh

Natavan Aygünə "ilişdi": Fanatlar işə qarışdı

22 Sen, 2017
09:57
8578

Natavan Aygünə "ilişdi": Fanatlar işə qarışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovaya söz atıb. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Həbibi bu gün  “Crystal Hall” səhnəsində çıxış edəcək Kazımovaya ismarış yollayıb. Natavan Aygünün onu təkrarladığını bildirib: “Budur, düz 6 gündən sonra möhtəşəm “Crystal Hall” səhnəsindəki konsertimizin baş tutmasının 3 ili olacaq. Belə səhnələrin yalnız xaricdə deyil, Azərbaycanda da olması incəsənətimizə verilən dəyərin göstəricisidir. 2014-cü ili yaradıcılığımda “Konsert ili” elan etmişdim. İstədim bir az keçmişə qayıdaq, nə də olsa, tarix təkrarlanır”.

Müğənninin bu paylaşımından sonra hər iki ulduzun azarkeşi arasında mübahisə başlayıb. Natavan müzakirələrin qarşısını almaq üçün "Instagram"da şərh bölməsini deaktiv edib. 

Natavan daha sonra ikinci paylaşım edərək, hər kəsə uğur diləyib: “Öncəki statusumun bu qədər marağa, söz-söhbətə səbəb olacağını bilsəydim, çoxdan paylaşardım. Bu, mənim yaradıcılığımdakı işlərimdən biridir, onu istənilən vaxt yayımlamağa haqqım var. 3, 5 və ya 10 il sonra…Və zaman anlayışı kimdəsə narahatçılıq yaradırsa, o da şəxsi işləridir. Hər kəsin yaradıcılığında müvəffəqiyyətlər.

Allah heç kəsin əziyyətini yerdə qoymasın. Narahatlığa nə səbəb, nə də ki, yer var.  Kiminsə əziyyətini kiçiltməyək. Bu işin nə qədər çətin, əziyyətli və bahalı olduğunu bizdən başqa kimsə bilə bilməz”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri