22 
Sen
2017
14:25
22
122
10485
yuxarı
İnternetin “ən təhlükəli şəxsi” açıqlandı
22 Sen, 2017
14:25
10485
22
122
İnternetin “ən təhlükəli şəxsi” açıqlandı
“McAfee” şirkətinin ekspertləri internet məkanının “ən təhlükəli insanı”nın adını açıqlayıb.
Bu barədə Oxu.Az “Associated Press”ə istinadən xəbər verir.
2013-cü ildən albom buraxmayan kanadalı müğənni Avril Lavin interneti ən çox zərərli kontentlə təmin edən şəxsdir.
“McAfee” şirkətinin mütəxəssislərinin araşdırmalarına görə, hakerlər viruslarını yerləşdirmək üçün ən çox məhz bu müğənninin adından istifadə edirlər. Onun pulsuz mahnılarının axtarışı 22 faiz, fotoşəkillərinin axtarışı isə 14,5 faiz ehtimalla viruslu sayta gətirib çıxaracaq.
Siyahıda Bruno Mars, Castin Biber, Zeyn Malik, Selin Dion, Keti Perri və Beyons kimi məhşurların adları var. Avril Lavin bu siyahıda yer almış ilk qadın müğənnidir.
E.C.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək