22 
Sen
2017
15:08
32
852
21938
Virtual karabakh

Qalmaqallı Naz bu dəfə erməni mahnısını təbliğ etdi – VİDEO

22 Sen, 2017
15:08
21938

Qalmaqallı Naz bu dəfə erməni mahnısını təbliğ etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daim qalmaqallı foto və videolarla gündəmə gələn azərbaycanlı gəlin namizədi Naz Mila bu dəfə erməni mahnısı ilə diqqət çəkib. Belə ki, N.Mila izləyiciləri üçün paylaşdığı videoda erməni ifaçılar Super Sako və Armençikin ifasında səslənən “She is mine” mahnısının sədaları altında saçlarını reklam edib.

Oxu.Az primetime.az-a istinadla xəbər verir ki, o, izləyicilərin tənqidinin qarşısını almaq üçün paylaşımının şərh bölməsini bağlayıb. Qeyd edək ki, Armençik Ermənistanın meqastarı sayılır və onun əsl adı Armen Qondracyandır.

Xatırladaq ki, Naz sonuncu dəfə “Qarabağ” futbol klubu qalib olduğu halda qol vuran futbolçunun adını ombasına döydürəcəyi açıqlaması ilə gündəmə gəlmişdi.  Onun bu sözləri izləyiciləri ilə yanaşı, prodüser Tarix Əliyevin də (Tolik) sərt tənqidinə səbəb olmuşdu.  

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri