21 
Apr
2014
12:58
18
10
2423
Virtual karabakh

Səidə: Reytinq xətrinə arvadlarının alt paltarını satarlar

21 Apr, 2014
12:58
2423

Səidə: Reytinq xətrinə arvadlarının alt paltarını satarlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Özümü öldürməyi düşünürdüm”.

Müğənni Səidə Sultan “Günəbaxan” verilişinin qonağı olub. 

Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, dedi-qodulardan danışan sənətçi qalmaqallı açıqlamalar verib:

“Kanallarda işləyənlərin bəzilərinin insanlığı yoxdur. Reytinq xətrinə yeri gələndə arvadlarının alt paltarını da satarlar. Qalmaqal yaradıb müğənnini gözdən salmağa can atırlar. Özlərini ulduz hesab edirlər. Amma bilmirlər ki, bu ulduzluq axıra kimi getmir, vaxtı gələndə etdikləri pisliyin qarşılığını alacaqlar.

Bir dəfə mənim də ailə söhbətimi efirə çıxarmışdılar. Elə ab-hava yaratdılar ki, bütün Azərbaycan evimin içini gördü. Mənə yaxın olan insanlar idi, nənəm onlara şikayət edəndə çağırıb məsləhətləşərdilər, söhbətin əslini öyrənərdilər. Heç olmasa, hörmət naminə bunu edərdilər. Bu qalmaqal mənə çox pis təsir etdi. O yükün altından necə qalxacağımı bilmirdim. Hətta özümü öldürməyi də düşünürdüm”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri