Okt
2017
17:19
442
55
49773
Virtual karabakh

Məhkəmə “Faytonçu Nazim”i əməliyyat edən həkim barədə qərar verdi

7 Okt, 2017
17:19
49773

Məhkəmə “Faytonçu Nazim”i əməliyyat edən həkim barədə qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin əməliyyat olunduğu klinikanın və onu əməliyyat edən həkim Elman Əzimovun əmlakları üzərinə həbs qoyulub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə APA-ya N. Pişyarinin vəkili Gülşən Salmanova məlumat verib. Vəkil bildirib ki, bununla bağlı Binəqədi rayon Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, Nazim Pişiyari ilk dəfə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. Müğənni həkimin ciddi cəzalandırılmasını tələb edir. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri