Okt
2017
12:51
42
155
11714
Virtual karabakh

Azərbaycanlı modelin ölümü ilə bağlı başlanan cinayət işinə xitam verildi

9 Okt, 2017
12:51
11714

Azərbaycanlı modelin ölümü ilə bağlı başlanan cinayət işinə xitam verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işinə xitam verilib.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, vəkil İradə Cavadova bildirib ki, bir müddət əvvəl cinayət işinə xitam verilsə də, onlara bu barədə məlumat verilməyib.

İradə Cavadova bununla bağlı şikayət verəcəklərini deyib.

Vəkil bildirib ki, L.Oruclunun ölümü ilə bağlı klinikadan bəzi sənədləri tələb edib. Lakin klinika həmin sənədləri ona təqdim etməkdən imtina edib.

Qeyd edək ki, model Leyla Oruclu 21 iyunda “Zəfəran” klinikasında iranlı həkim Sirus Qoçxani tərəfindən əməliyyat edilib. Əməliyyatdan sonra L.Oruclu ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlamışdı.

 A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri