10 
Okt
2017
12:22
68
817
50430
Virtual karabakh

Azərbaycan əsilli gənc Rusiya kanalında millətini təhqir etdi – VİDEO

10 Okt, 2017
12:22
50430

Azərbaycan əsilli gənc Rusiya kanalında millətini təhqir etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “THT” kanalında yayımlanan “Açıq mikrofon” yarışmasına Ruslan Həsənov adlı iştirakçı qatılıb. 

Oxu.Az xəbər verir ki, R.Həsənov atasının üzərində qurduğu monoloqla bir neçə dəqiqəlik çıxışı ərzində azərbaycanlıları təhqir edib.

“Mənim qeyri-adi ailəm var. Atam azərbaycanlı, anam isə rusdur. Məni atamdan gizli xaç suyuna çəkiblər. Çünki o, müsəlmandır. Bir çox qızlar xarici vətəndaşlara ərə gedirlər ki, onların övladları gözəl doğulsun. Mənim anam azərbaycanlıya ərə gedib və mən doğulmuşam. Bu, nə sifətdir belə? Mister Binə, “erməni gənci”nə oxşayıram. Atama görə mənim çox “maraqlı uşaqlığım” olub. Təkcə azərbaycanlı olduğuna görə deyil, həm də narkoman olduğuna görə”, - deyə o bildirib.

 A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri