11 
Okt
2017
12:44
120
138
15071
Virtual karabakh

Bakıda aktrisanın avtomobilinə hücum etdilər - FOTO

11 Okt, 2017
12:44
15071

Bakıda aktrisanın avtomobilinə hücum etdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"ATV"-də yayımlanan "Laləli saray" serialının əsas qəhrəmanlarından biri olan Nərgiz Əliyevanın başına iş gəlib.

Oxu.Az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, bir neçə gün bundan əvvəl aktrisanın avtomobilinə bir qrup şəxs hücum edib.

N.Əliyevanın “Jeep Wrangler” markalı avtomobilinin şüşələri sındırılaraq, içərisindən dəyərli əşyalar və pul oğurlanıb. O, 4 min manatdan artıq ziyana düşdüyünü qeyd edib.

Aktrisa artıq polis şöbəsinə də müraciət edib: “Olay “Beşmərtəbə” tərəfdə, evimin yaxınlığındakı gözəllik salonunun qarşısında baş verib. Bu ayın 6-sı axşam saatlarında naməlum şəxslər maşınıma hücum edib. 1500 dollarlıq (2550 AZN) çantam, 1000 manatlıq ayaqqabım və çantamın içərisində olan 550 AZN götürülüb. Yasamal rayonu 27-ci polis bölməsinə müraciət etmişəm, axtarışdadırlar”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri