12 
Okt
2017
11:44
17
22
2988
Virtual karabakh

Maestro Ceyhuna 50 minlik hədiyyə

12 Okt, 2017
11:44
2988

Maestro Ceyhuna 50 minlik hədiyyə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alman skripka ustası, Maestro Ceyhuna bahalı hədiyyə bağışlayıb.

Oxu.Az bu barədə yenicag.az-a istinadla xəbər verir.

“Almaniyada olanda dostlarım məni məşhur skripka ustası Ceykobs Müllerin emalatxanasına apardılar. Orada çox nəfis tərtibatda hazırlanmış skripka vardı. Müller xahiş etdi ki, onun üçün nəsə səsləndirim. Mən də Azərbaycan muğamlarını ifa etdim. Almanın gözü bərələ qalmışdı. Sağollaşıb çıxanda, skripkanı mənə uzadıb dedi ki, “Bu, sənindir, dostların pulunu ödəyib”. Mənim üçün böyük sürpriz oldu. Çox sevindim. O alətin azı 50 min manat dəyəri var”, - deyə o bildirib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri