17 
Okt
2017
11:23
118
46
2884
Virtual karabakh

Filipp Kirkorovun konsertində terror aktına cəhd

17 Okt, 2017
11:23
2884

Filipp Kirkorovun konsertində terror aktına cəhd

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada qadağan olunmuş “İslam Dövləti”nin döyüşçüləri müğənni Filipp Kirokorovun konsertində terror aktı həyata keçirmək istəyiblər.

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, oktyabrın 14-də Mahaçqalada həbs olunan terrorçular iyulun 6-da F.Kirkorovun konsertində üç partlayıcı qurğunu işə salmağa cəhd ediblər.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə yaxın mənbə ekstremistlərin planlarının reallaşmasına maneə törədən səbəbi söyləməyib.

Terrorçulardan 4-ü həbs olunub, onlardan 3-nün (Həbibulla Xalduzov, Samir İbrahimov, Xıdırnəbi Kazuyev) adı məlumdur, bir nəfərin kimliyi isə hələlik açıqlanmayıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri