18 
Okt
2017
11:26
15
93
8819
Virtual karabakh

Vüsalə Kərimova “Maşın”ı tərk edən iki tanınmışla mübahisəsindən danışdı – VİDEO + FOTO

18 Okt, 2017
11:26
8819

Vüsalə Kərimova “Maşın”ı tərk edən iki tanınmışla mübahisəsindən danışdı – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, “Maşın” şounu tərk müğənni Günel Ələkbərova hazırda verilişdə mübarizəni davam etdirən aparıcı Vüsalə Kərimova barəsində sərt ittihamlar səsləndirib.

O, teleaparıcı haqqında Oxu.Az-a açıqlamasında “O xanımın psixoloji problemləri var, anormaldır. Oğlu yaşında insanla görüşür” kimi ifadələr söyləyib.

Oxu.Az-ın əməkdaşı ötən gün şouda iştirakçılara ayrılan fasilə zamanı V.Kərimova ilə görüşüb və G.Ələkbərovanın onun haqda söylədiyi sözlərə münasibətini öyrənib.

“O xanım haqqında danışsam, bu, onun üçün reklam olar. İnidyədək televiziyalarda görünmürdü, onun reklama ehtiyacı var. Mən bu şansı ona verməyəcəyəm”, - deyə V.Kərimova vurğulayıb.

O, şounu tərk edən digər iştirakçı Ülviyyə Alovlu ilə aralarında yaranan mübahisəyə də aydınlıq gətirib:

“Burada hamının əsəbləri gərilib. Hər kəsin arasında münasibətlər pozula, sözləri çəp gələ bilər. Bildiyiniz kimi, Ülviyyə Alovlu artıq şounu tərk edib. Bu, o demək deyil ki, biz onunla düşmənik. Onlar hamısı şouda baş verdi. Əgər kimsə şounu tərk edəndən sonra kiminləsə münasibət qurmaq istəmirsə, bu, onun şəxsi işidir”. 

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri