18 
Okt
2017
14:42
28
140
11671
Virtual karabakh

“Maşın”ı tərk edən iştirakçı: Bilmədiyiniz çox iyrənc oyunlar gedirdi

18 Okt, 2017
14:42
11671

“Maşın”ı tərk edən iştirakçı: Bilmədiyiniz çox iyrənc oyunlar gedirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATV-də yayımlanan “Maşın” şounu tərk edən jurnalist Ülviyyə Alovlu “Instagram” hesabında verilişlə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, o, şou ilə bağlı izləyicilərin bilmədiyi iyrənc oyunların getməsi barədə fikirlər səsləndirib.

“Dostlar, “Maşın” şouda mənə dəstək olduğunuz üçün hər birinizə təşəkkür edir və qarşınızda baş əyirəm. Amma məni qınamayın, o bataqlıqdan çıxmağa fürsət axtarırdım, çünki bilmədiyiniz, görmədiyiniz çox iyrənc oyunlar gedirdi. Günlərlə bu haqsızlıqlarla mübarizə apardıqca, özüm də batırdım. Bir gün ayıldım ki, ya onlar kimi olmalıyam, ya da qaçıb can qurtarmalıyam. Çünki bu cığallıqlara qarşı çıxdığım efirin fraqmentlərini görəndə, özümdən bir xanım kimi utandım. Haqq istədiyim halda, özüm də nahaq görünməyə başlamışdım.

İlkin Misgərlinin ona dəyməyəcəyimə dair sözüm olduğunu bildiyi halda, mənə qarşı çıxması qərarım üçün son arqument oldu. Mənim üçün bu dünyada bir həqiqət var, o da dürüstlükdür. Bəlkə,mən idealistəm, amma mən də beləyəm və dəyişmək fikrim yoxdur”, – deyə jurnalist qeyd edib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri