19 
Okt
2017
01:16
69
163
19711
Virtual karabakh

“Maşın şou” da Rauf Mehribana qarşı çıxdı – VİDEO

19 Okt, 2017
01:16
19711

“Maşın şou” da Rauf Mehribana qarşı çıxdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Rauf Əhmədovu SMS səsverməsinə çıxarıblar. O, şəklinin atılacağından əvvəlcədən xəbərdar olduğunu bildirib və əvvəlcədən elan etdiyi kimi Mehriban Xanlarovanı hədəf seçib.

Gözündə qara eynəklə efirə çıxan Mehriban Xanlarova hədəf seçilməyinin ona pis təsir etdiyini bildirib. "Dünən Rauf Vüsalə Kərimovanı çıxaracağını demişdi. Amma sonradan fikrini dəyişməsi məni bu eynəyi taxmağa vadar etdi”.

Xatun hesab edir ki, Elşad Xose Raufu fikrini dəyişməyə vadar edib. "Çünki Rauf bu gün yox, sabah səsverməyə çıxacağını açıqlamışdı".

Elşad Xose Raufu qabağa verdiyini etiraf edib. Hətta efirdən öncə çəkilən sujetdə də bu ssenarinin Elşad Xose tərəfindən hazırlandığı bəlli olub. Eışad Xose sabah Talıb Talenin, biriusi gün isə özünün SMS səsverməsinə çıxacağını deyib. O, Raufla təklikdə qalanda ya qızlardan birini, ya da Talıbı çıxaracağını deyib.

Veriliş boyu Mehriban Xanlarova dəfələrlə Raufdan hədəfini dəyişməyi xahiş etsə də, o qərarından dönməyib. Lakin tamaşaçılar fikrilərini dəyişdilər. 49,54 faiz tamaşaçı Raufun qalmasına, 50,46 faiz tamaşaçı isə onun getməsinə səs verib. Beləliklə də Rauf üçün maşın əldən getdi. O bütün iştirakçılarla, xüsusilə də Mehriban Xanlarova ilə çox səmimi və mehribancasına görüşərək studionu tərk edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri