21 
Okt
2017
12:59
122
74
6628
Virtual karabakh

“CinemaPlus" kinoteatrında “Təhmin və Zaur" filminin premyerası baş tutub

21 Okt, 2017
12:59
6628

“CinemaPlus" kinoteatrında “Təhmin və Zaur" filminin premyerası baş tutub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Premium kinoteatr “CinemaPlus Gənclik Mall”da, 19 oktyabr saat 19:00-da "Cinemazadeh" studiyasının istehsalı olan "Təhmin və Zaur" filminin premyerası baş tutub.

Tədbirdə şou-biznes nümayəndələri, məşhur aktyorlar, rejissorlar, televiziya aparıcıları, media-şəxslər, çoxsaylı KİV nümayəndələri iştirak ediblər. 

Premyera öncəsi filmin yaradıcı kollektivi çoxsaylı qonaqların və jurnalistlərin əhatəsində qırmızı xalça üzərindən keçiblər. Daha sonra tədbirin səhnəsində çıxış edən filmin rejissoru Zaur Mirzəzadə bütün yaradıcı kolllektivə minnətdarlığını bildirib. "CinemPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə, "CinemPlus" kinoteatrlar şəbəkəsinin baş direktor müavini və "Cinemazadeh" studiyasının baş direktoru Cəfər Axundzadə qonaqları salamlayıblar. 

Bildirilib ki, oktyabrın 19-dan etibarən tamaşaçıların ixtiyarına veriləcək ekran işi Bakı kinoteatrları ilə yanaşı, Gəncə və Naxçıvan kinoteatrlarında da yayımlanacaq.

Komediya janrında olan ekran işinin rejissoru  Zaur Mirzəzadədir. Filmdə baş rolları Elcan Rəsulov, Fərda Xudaverdiyev və Kəmalə Piriyeva canlandırır.

Film haqqında qısa məlumat: Tənha qadınları aldadaraq dələduzluqla məşğul olan cavan oğlanın həyatında bir mələk peyda olur və ona yeddi gün ərzində evlənməyəcəyi təqdirdə öləcəyini deyir. Sağ qalmaq üçün hər yola əl atmağa hazır olan qəhrəmanımızın başına gözlənilməz və gülməli hadisələr gəlir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri