23 
Okt
2017
19:34
27
79
2290
Virtual karabakh

“Marilyn Manson” qrupunun təsisçilərindən biri ölüb

23 Okt, 2017
19:34
2290

“Marilyn Manson” qrupunun təsisçilərindən biri ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Marilyn Manson” qrupunun təsisçilərindən biri Skott Mitçell Puteski 49 yaşında vəfat edib. 

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Jack Off Jill” kollektivinin üzvləri “Twitter” səhifəsində yazıblar.

“Biz Skotla əla musiqi hazırlayırdıq. Bu illər ərzində aramızda mübahisələr olub, lakin mən yalnız ən yaxşı vaxtları yadda saxlayacam”, - Merlin Menson “Instagram” hesabında musiqiçinin ölümünə münasibət bildirərkən yazıb.

O həmçinin Skottun pərəstişkarlarından “Man That You Fear” mahnısını dinləməyi xahiş edib.

“Skott bizim sevimlimiz olub”, - Menson yekunlaşdırıb.

Puteski Mensonla birlikdə “Marilyn Manson & The Spooky Kids” qrupunu 19080-ci illərdə yaradıblar. Bir müddət sonra kollektivin adı “Marilyn Manson”a dəyişdirilib. Gitarada ifa edən Puteski 1996-cı ildə qrupu tərk edib.

 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri