21 
May
2014
09:47
87
20
7875
Virtual karabakh

Hüsniyyə Məhərrəmova İTV-dən getdi

21 May, 2014
09:47
7875

Hüsniyyə Məhərrəmova İTV-dən getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Öz ərizəm ilə işdən ayrılmışam”.

İTV-nin Musiqili və Əyləncəli Verilişlər Departamentinin əməkdaşı Hüsniyyə Məhərrəmova öz ərizəsi ilə İctimai Televiziyadan ayrılıb.

Oxu.Az-ın İnterpress.az-a istinadla məlumatına görə, Hüsniyyə Məhərrəmova aparıcılıq fəaliyyətini ATV-də davam etdirəcək. 

Aparıcısı olduğu “Böyük Səhnə” yarışması da ATV-də yayımlanacaq. Xəbəri dəqiqləşdirmək üçün aparıcı ilə əlaqə saxladıq. Hüsniyyə Məhərrəmova faktı təsdiq etdi:

“Deyilənlər doğrudur, öz ərizəm ilə işdən ayrılmışam. Yarışmanın isə ATV-də olması ilə bağlı qəti qərar yoxdur”.

Qeyd edək ki, Hüsniyyə Məhərrəmova “Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri idi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri