24 
May
2014
16:45
152
29
14440
Virtual karabakh

Tahir İmanov: Bakı Şəhər İcra Hakimiyyəti bizə mane olur

24 May, 2014
16:45
14440

Tahir İmanov: Bakı Şəhər İcra Hakimiyyəti bizə mane olur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Belə çıxır ki, heç onların yumordan başları da çıxmır”.

“Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov “Brifinq”in budəfəki qonağıdır.

Oxu.Az xəbər verir ki, “Gündəlik Teleqraf” qəzetinin əməkdaşlarının suallarını cavablandıran T.İmanov Bakı meri Hacıbala Abutalıbov və Metropolitenin keçmiş rəisi Tağı Əhmədovla münasibətlərindən danışıb. O, parodiya edə bilmədiyi sabiq məmurun adını açıqlayıb, Şuşa barədə fikirlərini bölüşüb.

Müsahibəni ixtisarla təqdim edirik:

- Çox yaxından kiminlə tanışsınız?

- Məsələn, xarici işlər naziri Elmar Məmmədyarovla harada bir-birimizi görsək, mütləq salamlaşırıq. Bilirsiniz, nəyə təəccüblənirəm, elə siyasətçilər var ki, bizi görüb sifətini çöndərirlər. Amma Heydər Əliyev konsertlərimizə gələndə qaça-qaça gəlib əllərimizi sıxırdılar. Burdan bir nəticə çıxarmaq olar ki, onlar bizə görə yox, protokola görə konsertə gəlirdilər. Belə çıxır ki, heç onların yumordan başları da çıxmır. Bakı meri Hacıbala Abutalıbovla bir vaxtlar çox yaxın ünsiyyətdə idik, hətta əvvəllər bizi qəbul də edirdi. N.Ehlamqızı: Bəs indi nə oldu? - İndi qəbul etmir, bilmirəm. N.Muradova: Qadağaları nədən ibarətdir? - Bu haqda dəfələrlə danışmışam. Adi banerləri şəhərdə asmaq istəyirdik, Bakı Şəhər İcra Hakimiyyətinin reklam departamenti müxtəlif bəhanələrlə onları asmağa icazə vermədi. Pulu ilə, elə-belə istəmirəm. Elə-belə olan vaxtlar keçdi, getdi, KVN üçün qabaqlar sponsorlar sıra ilə düzülürdü. İndi bizdən pul istəyirlər, hətta bəzi yerlərdə rüşvət də tələb edirlər. Belə bir vəziyyətə gəlib çıxmışıq.

- Müğənnilərlə aranız necədir?

- Çox gözəl. 

- Aranızda onlarla problem yaranmır?

 - Bizdən küsənlər də var, məhkəməyə verənlər də var. Öz işləridir, demokratik şəraitdə yaşayırıq, nə istəyirlər, eləsinlər.

- İlhamə Quliyeva Sizi məhkəməyə verməmişdi?

- Verməmişdi, verə də bilməz. Çünki Cinayət Məcəlləsində parodiya ilə bağlı heç bir şey yoxdur. Biz heç vaxt heç kimi təhqir etməmişik. Tənqidlə təhqirin arasındakı fərqi yaxşı bilirik

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri