Okt
2018
17:51
36
128
4395
Virtual karabakh

Sevdanın yeddi ay axtardığı və Elvinin hit olmayan mahnıları - VİDEO

8 Okt, 2018
17:51
4395

Sevdanın yeddi ay axtardığı və Elvinin hit olmayan mahnıları - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün müğənnilər Sevda YahyayevaElvin Abdullayev ayrı-ayrılıqda yeni işlərini təqdim ediblər.

Oxu.Az xəbər verir ki, Sevda “Ağlarsan”adlı yeni klipi üçün kamera qarşısına keçib.

Elvin isə “Yaradana yalvartma” adlı mahnını ekranlaşdırmağa ehtiyac duymayıb.

Sevdanın mahnısının sözləri və musiqisi Murad Aslana aiddir. Klipin rejissor işi Samirə Avcıya həvalə olunub. Sevdanın klipindəki stili üzərində Elnur Həsənov çalışıb. Yahyayeva bildirib ki, mahnını çox sevib və yeddi aydır belə bir bəstə axtarışında imiş. 

Elvinin “Yaradana yalvartma” adlı bəstəsinin sözləri və musiqisi isə Ufuk Yıldırıma aiddir. Elvin sözügedən bəstəyə müraciət etməsinin səbəbini açıqlayıb:

“Bu mahnını, demək olar ki, səkkizinci sinifdə oxuyandan dinləyirəm. Hər zaman zümzümə edirdim. İndi də uşaqlıq illərimi xatırlamaq istədim. Ufuk Yıldırımın mahnısını özümüzə uyğun aranjimanda səsləndirdim. Tamaşaçıların bəyənəcəyinə ümid edirəm”.

Elvin son vaxtlar mahnıların hit olmamasına belə münasibət bildirib.

“Dinləyicilərin çoxu meyxana tərzində olan mahnıları sevir. İndi mahnı janrını dinləyən az sayda dinləyicimiz qalıb. Hətta bəzən hansısa bir həmkarım yeni mahnı təqdim edəndə bir çoxlarının sevindiyini görürük. Meyxana folklorumuzdur. Amma indikiləri meyxana saymıram. Yeni bir deyim yaranıb: musiqili meyxana. Bu, nə olan şeydir?

Nizami Rəmzinin yazdıqlarına bənzədilir? Onun meyxanalarında bir tərz var axı... Bu haqda nə qədər danışsaq da, auditoriya başqa fikirdədir. Ona görə də indi müğənnilərimizin oxuduğu yaxşı mahnılar az dinlənilir. Tünzalə Ağayeva, Elton Hüseynəliyev, Brilliant Dadaşova yeni gözəl mahnılar təqdim edib. Amma nəticə nədir? Hit olmur, dillərdə gəzmir”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri