14 
Okt
2018
01:33
83
210
11833
Virtual karabakh

Yıldız Tilbe Bakı səhnəsində kətə istədi – FOTO/VİDEO

14 Okt, 2018
01:33
11833

Yıldız Tilbe Bakı səhnəsində kətə istədi – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli müğənni Yıldız Tilbeninin Bakı Konqres Mərkəzində konserti baş tutub.

Oxu.Az xəbər verir ki, müğənni səhnədə canlı ifaları ilə tamaşaçıları sevindirib.

Öz hitləri ilə yanaşı Azərbaycan mahnıları da söyləyən Yıldız izləyicilərin alqışları ilə qarşılanıb.

Sənətçi səhnədə zarafatlarından da geri qalmayıb. Azərbaycanı çox sevdiyini dilə gətirən Tilbe bildirib ki, bacısının həyat yoldaşı azərbaycanlı olub.

“İlk dəfədir ki, Bakıya gəlirəm, buranı və insanlarını çox sevirəm. Bizim qudalarımız azərbaycanlı idi deyə, sizin xəngəl və kətənizdən xəbərim var. Kətəni sizin kimi heç kim dadlı bişirə bilmir. O sizin xüsusi damaq zövqünüz və mədəniyyətinizdir. Buraya gələnlərdən heç kim mənə kətə gətirməyib?”, - deyə müğənni kətə istədiyini bildirib.

Səhnəyə ağ parıltılı libasla çıxan Tilbe geyimini qızılı ayaqqabı ilə tamamlayıb. Onun narahat olmamaq üçün ayaqqabısına salfet qoyması gözdən yayınmayıb.

Tamaşaçıları ilə bol şəkil çəkdirən müğənni çılğın rəqsləri ilə gecəyə damğa vurub.

Pərviz Hüseyn
FOTO: Ramil Zeynalov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri