14 
Okt
2018
09:48
40
273
28615
Virtual karabakh

Müğənnilərimizin Yıldız Tilbe konsertindəki rəzaləti – VİDEO

14 Okt, 2018
09:48
28615

Müğənnilərimizin Yıldız Tilbe konsertindəki rəzaləti – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli müğənni Yıldız Tilbeninin Bakı Konqres Mərkəzində konserti baş tutub.

Oxu.Az xəbər verir ki, konsertə təşrif buyuranların arasında yerli məşhurlar da olub. Ancaq onlar öz hərəkətləri ilə digər tamaşaçılardan seçiliblər.

Belə ki, ilk olaraq konsertə gələn müğənni Niyam Salami Kərim Abasov əlində gül buketi ilə səhnənin önünə tərəf yaxınlaşıblar. Onlar səhnəyə çıxıb Yıldız Tilbeyə gül vermək istəsə də, ifaçıların istəyi baş tutmayıb.

Müğənninin komandası bildirib ki, səhnəyə heç kim çıxa bilməz və Tilbe səhnədə oxuyarkən narahat edilməsi düzgün deyil. Bu zaman Niyam Salami səhnənin qarşısına keçib gül vermək istədiyini bildirib. Mühafizəçilər onun bu istəyinin qarşısını alıb.

Yıldız Tilbe ifasını bitirdikdən sonra Niyam Salami və Kərim Abasov səhnənin önünə yaxınlaşıb müğənniyə gül uzadıblar. Həmin an “Biz şarkıcıyız” deyən Niyama Tilbe istədiyi cavabı verməyib və sadəcə gül üçün təşəkkür edib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Senetini sevdiyim Senetkar....❤ Bu guller senin gozelliyin qarşisinda solur🙏 @yildizztilbee 💋

A post shared by Karim Abasov (@kerimabasov) on

Tilbeninin cavabı Niyam və Kərimi qane etməyib. Onlar məkanı tərk ediblər.

Daha sonra isə meneceri Yıldızdan xahiş edib ki, müğənni Zenfira İbrahimovanı səhnəyə dəvət etsin. Yıldız menecerinin istəyini yerinə yetirib.

Zenfira səhnəyə çıxaraq əvvəlcə Yıldız Tilbeni tərifləyib, sonra mahnı ifa edəcəyini deyib. Tilbe isə əvvəlcə Zenfira ilə duet oxumaq istəsə də, sonra onun səsini eşidən kimi istəyindən vazkeçib və kənarda oturub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by ElshenHikmet (@elshenhikmet) on

Zenfira bir mahnı ifa etdikdən sonra narazı ifadə ilə səhnədə qalan Yıldıza ikinci mahnını duet oxumaq istədiyini deyib, lakin müğənni Zenfiraya reaksiya verməyib. Sonda Zenfiraya alqış istəyən Yıldız konsertinə davam edib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Zenfira Ibrahimova (@zenfiraibrahimova) on

Qeyd edək ki, Zenfiranın səhnədə çıxışı tamaşaçılarda qıcıq yaradıb. 

Pərviz Hüseyn
FOTO: Ramil Zeynalov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri