17 
Okt
2018
18:58
93
103
11419
Virtual karabakh

“Avroviziya” təmsilçimiz: 13 mənim ən sevimli rəqəmimdir - MÜSAHİBƏ

Noyabrın 25-də Belarusun paytaxtı Minskdə keçiriləcək “Avroviziya” uşaq müsabiqəsində Azərbaycanı “Sənin kimi olmaq” (“I wanna be like you”) mahnısı ilə təmsil edəcək Fidan Hüseynovanın Oxu.Az saytına müsahibəsi:

– Necə oldu ki, Avroviziyaya qatılmaq qərarına gəldiniz?

– Çox xoşbəxtəm ki, bu müsabiqəyə məni seçiblər. Ölkəmizi layiqli təmsil etmək üçün çox çalışacağam.

– Bu müsabiqədən əvvəl mahnı ifa edirdiniz?

– Musiqi təhsilim var. Həmişə musiqi ilə məşğul olmuşam. Bilmirdim ki, Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcəyəm. Seçildiyimi eşidəndə özümü çox xoşbəxt hiss etdim. Ölkəmi layiqli təmsil edəcəyimə əminəm.

– Noyabrın 24-ü 13 yaşınız tamam olur. Bundan bir gün sonra da yarışdır. Bu, həyəcan yaratmayacaq?

– Yox, əksinə, bu məni daha da sevindirəcək, motivasiya edəcək, əhvalımı yüksəldəcək. 13 mənim ən uğurlu, sevimli rəqəmimdir və mənə uğur gətirəcəyinə ümid edirəm. Yarışmada qalib olsam, bunu özümə ad günü hədiyyəsi etmiş olacağam.

– Böyüklərin Avroviziya musiqi yarışmasında gələcəkdə iştirak etmək kimi xəyallarınız var, yoxsa bununla kifayətlənəcəksiniz?

– 3-5 il sonra nə olacağını bilmirəm. Zaman özü göstərəcək. Amma əgər təklif etsələr, əlbəttə, razılaşacağam.

– Böyüklərin Avroviziyasında idealın olaraq gördüyün biri var?

– Bəli. “Avroviziya”nın əvvəlki iştirakçılarından Lara Fabian (italiyalı pop müğənni – S.M.) çox xoşuma gəlir, onun mahnılarını, səsini bəyənirəm. Onunla artıq iki dəfə səhnəni paylaşmışam. Bu, bir dəfə Bakıda, bir dəfə İstanbulda olub. Ona oxşamağı çox istəyirəm.

– İngilis dilini bu müsabiqə öncəsi öyrənmisiniz?

– Yox, mən əvvəldən ingilis dilini bilirdim. İngilisdilli məktəbdə – “Baku Oxford School”da oxuyuram. Həm də fransız, ispan dillərini öyrənirəm. 

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri