Noy
2018
10:12
115
80
10665
Virtual karabakh

Aktyor sevgilisi Sılanı döyüb, başına külqabı ilə vurub - FOTO/VİDEO

2 Noy, 2018
10:12
10665

Aktyor sevgilisi Sılanı döyüb, başına külqabı ilə vurub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın aylarda Bakıda konsert verməyə hazırlaşan türkiyəli ifaçı Sılanın ötən gün verdiyi açıqlaması gündəmi silkələyib.

Oxu.Az xəbər verir ki, müğənni İstanbul Ailə Məhkəməsinə müracəit edərək yeni barışdığı aktyor sevgilisi Ahmet Kuraldan şikayətçi olub.

İfaçı iddia edib ki, Ahmet onu döyüb.

“Ahmet Kuraldan şikayətçiyəm. İfadə verməyə gəlmişəm”, - deyə Sıla bildirib.

Sıla ifadəsində söyləyib ki, hadisə 29 oktyabr günü baş verib:

“Məni təhqir etdi. Qaçmağa çalışanda tutub saxladı, sonra başıma külqabı ilə vurdu. Mənə qarşı şiddəti 45 dəqiqəyə yaxın davam etdi”.

Sılanın vəkili bildirib ki, məhkəmənin qərarı ilə Ahmet Kural üç ay müddətinə müğənniyə yaxınlaşa bilməyəcək.

Sıla daha sonra başına gələnləri sosial media hesabında yazıb:

“Həyatımdakı insanın fiziki şiddətinə məruz qaldım. Həyat gəldiyiniz yer və uğurlarınızın bir anda önəmsiz qaldığı sınaq imiş. Çox təəssüf ki, “Şiddətə məruz qalmışam” demək elə də asan deyil. Amma onu da bilirəm ki, mən sussam, öncə özümə, daha sonra bu ölkənin qadınlarına haqsızlıq etmiş olacam. Buna görə də, hadisədən sonra susmaq istəmədim. Heç bir cəza yaşadığım kabusu həyatımdan silməyəcək. Lakin bu həyatda mahnılarımla bir əlaqə qura bilmişiksə, gücümü özüm qədər, sizdən aldığımı da bilirsiniz. Bəziləri sevilməyi heç öyrənə bilməyib, amma məncə eşqin bununla əlaqəsi yoxdur”.

Ahmet Kural isə “Kanal D Ana haber” proqramına açıqlama verərək, Sılanın iddialarının əsassız olduğunu deyib:

“Belə çirkin iddialara görə qarşınıza çıxdığıma üçün əhvalım pisdir. Oktyabrın 28-də Sıla və ailəm yemək yedik, sonra evə gəldik, detallar barədə məhkəmədə danışacağam. Bir-birimizi itələmişik. Bu əsnada onun qolundan tutdum, bundan başqa heç nə olmayıb. Mənə qarşı olan bu çirkin iddialara görə, hüquqi yollara əl atacağam”.

Qeyd edək ki, Sıla və Ahmet Kural arasında baş verən bu hadisədən sonra sosial mediada müğənniyə dəstək mesajları yağıb.

Pərviz Hüseyn

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri