Noy
2018
11:43
56
258
18064
Virtual karabakh

Promete: Anar çıxıb deməli idi ki, porno sahəsinə keçib

5 Noy, 2018
11:43
18064

Promete: Anar çıxıb deməli idi ki, porno sahəsinə keçib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə xeyli məşhurlaşan “Popumuz var” verilişinin budəfəki qonağı reper Promete olub.

Oxu.Az xəbər verir ki, o, aparıcılığını Murad Arifin etdiyi verilişdə reper Anar Nağılbazın ölümündə cəmiyyəti günahlandırıb:

“Anar Nağılbaz öldükdən sonra bizim cəmiyyətdən əlimi üzdüm. Nağılbazın o videoda nə edib-etmədiyi önəmli deyil. Bunun heç kəsə aidiyyəti yoxdur. Bunu siz etmirdiniz. Nağılbaz çıxıb deməli idi ki, “Əcəb etmişəm. Bu, mənim öz işimdir”. Hətta bu videoları davam da edə bilərdi. “Artıq porno sahəsinə keçmişəm”. Ancaq demədi. Səhvi də bu oldu.

O insanı camaat öldürdü. İmkan verməməli idi ki, insanlar şəxsi həyatına burnunu soxsun. Gərək, özünə bəraət qazanmağa çalışmazdı, etiraf edərdi və mühakimə edənləri də sərt sözlə susdurardı. Nəticədə, Nağılbaz kimi beyini itirdik”.

Sözügedən fraqmenti təqdim edirik:

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri