Noy
2018
18:51
31
522
8576
Virtual karabakh

Azərbaycan Moda Həftəsində qeyri-adi kişi geyimləri - FOTO

“Art meets fashion” şüarı altında keçirilən Azərbaycan Moda Həftəsinin 8-ci mövsümü yekunlaşıb.

Oxu.Az xəbər verir ki, gecədə ilk olaraq qazaxıstanlı dizayner Aleks Şenin kolleksiyası təqdim olunub.

Daha sonra gümüş yaxalı pencəklər, donlarda gümüş ulduzlar və üzərinə yüngül mis parıltısı çilənmiş, tamamilə gümüş kostyum şalvarlardan ibarət kolleksiya ilə qazaxıstanlı dizayner Tamara Lamanukaeva özünü tanıdıb.

“Nubi Couture Azərbaycan” moda evi tərəfindən təqdim olunan parlaq broşlu şəffaf tül parçalardan dəri yarımkorsetlər, krem çalarlarla zəngin zümrüd yaşılı, sadə, təvazökar geyimlərdən imperatora layiq təmtəraqlı bal donları izləyənləri mat qoyub. 

“Azerbaijan Fashion Week”in səkkizinci mövsümünün ən gözlənilən nümayişlərindən biri, qazaxıstanlı dizayner, “Zherebtsov” markasının banisi Leonid Jerebtsovun final şousu olub.

Bu dəfə, Azərbaycan Qılıncoynatma Federasiyası ilə əməkdaşlıqda, podiumda ilk dəfə olaraq, rapiralarla əsl duel keçirilib, lakin bununla belə, bu, əsas məqamı - onun yeni kolleksiyasının nümayişini kölgədə qoya bilməyib.

Mövzunun davamı olaraq, qılıncoynatma təchizatı elementləri – metal torlu və boyun qoruyan yaxalı maskalar modellərin üzərində də nümayiş olunub.

Qeyd edək ki, Moda Həftəsinin növbəti, doqquzuncu mövsümü 2019-cu ilin mayında başlayacaq.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri