12 
Noy
2018
11:03
78
103
8503
Virtual karabakh

Azərbaycanlı model dünyaca məşhur “Cosmopolitan” jurnalında - FOTO/VİDEO

12 Noy, 2018
11:03
8503

Azərbaycanlı model dünyaca məşhur “Cosmopolitan” jurnalında - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur “Cosmopolitan” jurnalının Türkiyə bölməsi oraya altı müxtəlif ölkədən köçüb karyera quran modellərdən müsahibə alıb.

Oxu.Az xəbər verir ki, onların sırasında azərbaycanlı model Elxan Əliyev də yer alıb.

Bir ildir Türkiyəyə köçdüyünü bildirən model jurnala müsahibəsində aktyor olmaq istədiyini deyib.

“Gəlməmişdən öncə Azərbaycanda Türkiyə kanallarına baxırdım. Düşündüm ki, mənim üçün maraqlı təcrübə olacaq. Burada yaşamağı sevdim və qalmağa qərar verdim. Hazırda aktyor olmaq üçün çalışıram”, - deyə Elxan bildirib.

Qeyd edək ki, Elxan Əliyev Ziynet Sali, İrem Derici kimi müğənnilərin klipində də rol alıb. 

Türkiyənin məşhur eynək brendlərinin birinin reklam çarxında çəkilib və fotoları qardaş ölkənin müxtəlif bölgələrində bilbordlara vurulub.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri