15 
Noy
2018
15:15
31
23
6973
Virtual karabakh

“Erkenci kuş”un ulduzları da sevgili oldu - FOTO

15 Noy, 2018
15:15
6973

“Erkenci kuş”un ulduzları da sevgili oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Eşq yaşadıqları iddia edilən “Erkenci kuş” serialının baş rol aktyorları Demet Özdemir Can Yaman ötən gecə birlikdə görüntülənib.

Oxu.Az xəbər verir ki, serialın ssenaristi Aslı Zenginin doğum gününə qatılan məşhurlar gecədə səmimi halları ilə diqqət çəkib.

Gecə boyu əylənən sənətçilər məkandan birlikdə çıxıblar. Fotoları çəkilən Demet və Can öncə bundan narahat olublar.

“Ad günü var idi, oraya gəlmişik”, - deyə onlar jurnalistlərə açıqlama verib.

Bir müddət taksinin gəlməsini gözləyən ulduzlar ayrı-ayrı avtombillə məkandan ayrılsalar da, daha sonra yolda eyni taksi ilə yollarına davam ediblər.

Qeyd edək ki, Seçkin Özdemirlə eşq yaşayan Demetin ondan Can Yamana görə ayrıldığı iddia edilir. Demet isə jurnalistlərin suallarını cavablandırarkən bunu inkar edib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri