24 
Noy
2018
15:34
67
373
20520
Virtual karabakh

Ancelina Coli borc içində üzür

Dünyanın ən məşhur aktrisalarından biri, Hollivud ulduzu Ancelina Coli çətin günlər yaşayır.  

Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, o, 25 milyon dollarlıq qonorarını ala bilmək üçün “Malifesenta-2” filminin çəkilişlərinin başa çatmasını səbirsizliklə gözləyir.

Aktrisanın vəsaitinin tükəndiyi bildirilir. Ancelina Colinin yaratdığı və başçılıq etdiyi xeyriyyə fondu müxtəlif təşkilatlara milyonlarla dollar borcludur.

Aktrisanın “J.D.H.Office Ltd.” şirkətinin isə cəmi 66 min dollarlıq aktivləri, 2,2 milyon dollardan artıq borcları var. İndi Hollivudun ən nüfuzlu aktrisası artıq Ancelina Coli yox, Cennifer Enistondur.

Beş il əvvəl rejissorluğa başlayan A.Colinin çəkdiyi filmlər cəmi iki milyon dollar qazanc gətirib. Coli rejissorluğu dayandıraraq yenidən aktrisalığa qayıtmağa məcbur olub.

www.oxu.az

www.oxu.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri