Dek
2018
17:22
286
113
18802
Virtual karabakh

Neslihan Atagül Bakıda: Buranın ət qutabını sevirəm - FOTO

Türkiyənin tanınmış aktrisası Neslihan Atagül Bakıya gəlib.

Oxu.Az xəbər verir ki, sənətçinin Bakıda olmasına səbəb isə “Pantene Altın Kelebek” Mükafatlarının Bakıda keçirilməsidir.

Bu münasibətlə mətbuat konfransı təşkil edən “M Group Production” şirkəti Neslihanın jurnalistlərin suallarına cavab verməsinə rəvac yaradıb.

İkinci dəfə Bakıya gələn aktrisa gəlişindən məmnunluq duyduğunu dilə gətirib.

“Bakı təmiz şəhərdir. İnsanları istiqanlıdır. Buranın ət qutabını çox sevirəm”, - deyə Neslihan bildirib.

Atagül bildirib ki, vaxtı az olduğu üçün bu gün qayıtmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, sabah “Pantene Altın Kelebek” Mükafatlarında mübarizə aparan 7 qadın müğənni səhnəyə çıxacaq.

Bu il Azərbaycanı Mükafatlandırma Mərasimində Xalq artisti Aygün Kazımova, müğənnilər Roza Zərgərli, Səmra Rəhimli, Dilarə Kazımova, Aysel Əlizadə, Xatirə İslam və Günay İbrahimli təmsil edir.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri