Dek
2018
13:11
41
162
11643
Virtual karabakh

Nura Suri “psixopata aşiq olub” - FOTO/VİDEO

Müğənni Nura Suri mətbuat konfransı keçirərək “Gitme” adlı yeni klipini təqdim edib.

Oxu.Az xəbər verir ki, media nümayəndələri ilə yanaşı, məşhurların da qonaq olduğu gecə paytaxtın dəbdəbəli məkanlarından birində gerçəkləşib.

Nura Suri konfrans zamanı yeni klipindən söz açaraq, çəkilişlərin iki gündə tamamlandığını bildirib:

“Mahnının sözləri Zülfi Bədəlova və mənə, eyni zamanda, musiqisi də mənə və Əvəz Muradova məxsusdur. Çəkilişlərimiz iki gündə tamamlandı. Klip üçün beş ayrı kostyum tikdirdik və müxtəlif məkanlarda çəkilişlər etdik”.

Konfrans zamanı bildirilib ki, klip üzərində 15 nəfərlik komanda çalışıb. “Gitme”ni gənc rejissor Nuran Məmmədov ərsəyə gətirib. Müğənninin stili üzərində isə rejissorun özü və Elnur Həsənov çalışıb.

Yataq səhnələrinin yer aldığı klipdə müğənni psixopat bir şəxsə aşiq olur. 

Qeyd edək ki, kliplə müğənni fotosessiya da etdirib. Fotoların müəllifləri isə Məhəbbət Nəsirov və Raj Stevendir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri