15 
Dek
2018
01:28
88
382
10728
Virtual karabakh

Emin “Maşın Şou”nun qonağı oldu - VİDEO

15 Dek, 2018
01:28
10728

Emin “Maşın Şou”nun qonağı oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maşın Şou” təkcə ulduz iştirakçılarla deyil, həm də məşhur qonaqları ilə maraqlıdır.

Oxu.Az xəbər verir ki, bu gün “Maşın Şou. Hind Kinosu” iştirakçılarının qonağı populyar müğənni, Azərbaycanın Xalq artisti Emin olub.

O, çoxlarının bəyəndiyi “Bakıya qaçaq” mahnısını ifa edib.

Şounun aparıcısı Murad Dadaşov xüsusi qeyd edib ki, bu günlərdə Eminin ad günü olub və bu münasibətlə müğənniyə sürpriz hazırlanıb. Müğənninin kiçik fiquru ilə tort Eminlə yanaşı şou iştirakçılarını da sevindirib.

Qeyd edək ki, dekabrın 14-də Eminin Heydər Əliyev Sarayında konserti olub. Konsertdən dərhal sonra müğənni “Maşın Şou. Hind Kinosu”na baş çəkib.

Qeyd edək ki, “Maşın Şou. Hind Kinosu”nun informasiya dəstəyi Baku.TV-dir.

Cavid Osmanov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri