16 
Dek
2018
01:30
43
308
11939
Virtual karabakh

"Maşın şou Hind kinosu" iştirakçıların sayı dəyişilmədi

16 Dek, 2018
01:30
11939

"Maşın şou Hind kinosu" iştirakçıların sayı dəyişilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maşın Şou. Hind Kinosu” – nun növbəti gecəsidə başa çatdı. Bu dəfə iştirakçılar gizli səsvermə zamanı, Nazilə Səfərlinin şəklini seçdilər.

Oxu.Az xəbər verir ki, şəkli çıxan N. Səfərli xalqdan səs vermələrini istəyir ki, izləyicilər onu oyunda saxlasın. Oyunun qaydalarına əsasən iştirakçının qalıb qalmayacağına SMS vasitəsilə yalnız izləyicilər qərar verir.

SMS hesablamada izləyicilərin köməyi ilə 50,72% səs toplayan Nazilə Səfərli oyunda qalır və maşın uğrunda mübarizəni davam etdirir.

Qaydalara əsasən, səs toplamış iştirakçı bir nəfəri oyundan kənarlaşdıra bilər. Amma N. Səfərli seçim etmir.

Çünki bu gün artıq şounu Ruhəngiz Allahverdiyeva tərk edib və iştirakçılar say olaraq 16 nəfər qalıblar.

“Maşın Şou. Hind Kinosu” nun informasiya dəstəyi Oxu.Az la bərabər Baku TV-yə aiddir.


Cavid Osmanov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri