18 
Dek
2018
13:27
85
125
9356
Virtual karabakh

Mina Hüseyn: O yox, mən böyüklük göstərdim - VİDEO

18 Dek, 2018
13:27
9356

Mina Hüseyn: O yox, mən böyüklük göstərdim - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən “Maşın Şou. Hind kinosu”nda maraqlı hadisə yaşanıb.

Oxu.Az-ın məlumatına görə, Mina Hüseyn layihəni tərk etməyə namizəd olub, lakin şounu özü tərk edib.

Bəli, o, öz rəqiblərinin adlarını çəkib, üstəlik, əvvəlcə Sərxan Kərəmoğlunun adını çəksə də, sonradan fikrini dəyişib və Taleh Yüzbəyovun adını səsləndirib. Bununla da oyunun bütün kartları qarışıb. Əgər bu qruplaşmanın qərarı idisə, o zaman bu qərar uğursuz olub.

Belə ki, tamaşaçılar müğənnini şounu tərk etməkdən xilas ediblər. Onun şouda qalması lehinə 51,01 faiz tamaşaçı səs verib. Bu zaman Taleh Yüzbəyov başını aşağı salıb və onun cəsarətli baxışları yoxa çıxıb. O anlayıb ki, şounu tərk edəcəyi an çox yaxındır.

“Mən özüm gedirəm”, - deyə Mina Hüseyn bildirib. Zalda alqışlar, təəccüb, sevinc və kədər hissləri bir-birinə qarışıb. Bir anlıq sükut çöküb və Mina Hüseyn öz qərarını Oxu.Az-ın müxbirinə izah edib:

“Bəli, mən iki iştirakçının adını çəkdim. Lakin şounu kimin tərk edəcəyini deyəcəyim an gəldikdə mən üçüncü şəxsin adını çəkəcəkdim və bu Nazilə Səfərli olacaqdı. Sərxan Kərəmoğlu güclü rəqib olardı və onun fanat ordusu məni kənarlaşdıra bilərdi. Lakin Taleh Yüzbəyov mənim üçün o qədər də çətin rəqib deyil.

SMS səsverməsinin nəticələrinə görə, mən şouda qaldım. Nazilə Səfərli mənim haqqımda deyirdi ki, saman altından su yeridəndir. Mən cavab vermədim. Baxmayaraq ki, o, məndən yaşda böyükdür, amma böyüklüyü mən göstərdim, o yox”, - deyə Mina Hüseyn bildirib.

Bəs Minanı sevənlər onun bu qərarını bağışlayacaqmı? Bunu zaman göstərəcək. Taleh Yüzbəyov isə artıq yüksək səslə danışmayıb. O, barmaqları ilə başa salıb ki, namizədlər arasında olacağını gözləməyib və tamaşaçıların onu xilas etmədiyinə görə əhvalı da pozulub.

“Heç nəyə baxmayaraq, maşını mən aparacam”, - deyə Taleh Yüzbəyov bildirib.

Bu gün saat 22:00-da ATV kanalında yayımlanacaq “Maşın Şou. Hind kinosu”nu qaçırmayın.

Layihəyə informasiya dəstəyini Oxu.AzBaku TV göstərir.

Cavid Osmanov
VİDEO: Valeh Arifoğlu
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri