23 
Dek
2018
23:12
46
199
15844
Virtual karabakh

“Maşın şou”nun yeni “qurbanı” - FOTO

23 Dek, 2018
23:12
15844

“Maşın şou”nun yeni “qurbanı” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maşın şou. Hind kinosu”nun 11-ci günü, daha doğrusu axşamı və realiti-şounun yeni “qurbanı”.

Oxu.Az xəbər verir ki, dünən səs-küylü, hətta qalmaqallı keçsə də, bu axşam nədənsə sakitçilikdir.

Gizli səsvermə yolu ilə şoudan çıxmağa namizəd Xəyalə Quliyeva seçilib. Ənənəyə sadiq qalaraq Xəyalə öz rəqibinin adını açıqlamadı.

İndi hər şey tamaşaçılardan asılıdır.

Görək bu dəfə iş necə bitəcək. Hərçənd X. Quliyevanın Nazilə Səfərli ilə münaqişəsindən xəbərdar olduğumuzdan, güman etmək olar ki, tamaşaçılar aktrisanı şouda saxlasalar, “Maşın şou. Hind kinosu”nun aparıcısı Murad Dadaşov Səfərli soyadını açıqlayacaq. Və onun üçün oyun bitəcək.

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini Oxu.Az və Baku.TV verir.

Cavid Osmanov
FOTO: Musa Vladimir

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri