25 
Dek
2018
14:00
19
219
14683
Virtual karabakh

Xalq artistinə səhvən xərçəng diaqnozu qoyuldu, ölümdən döndü - VİDEO

25 Dek, 2018
14:00
14683

Xalq artistinə səhvən xərçəng diaqnozu qoyuldu, ölümdən döndü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Zabit Nəbizadə həkimlərin səhvinə görə səhhətində xeyli problem yaşayıb.

Oxu.Az-ın xəbərinə görə, o, bu barədə aparıcı Nanə Ağamalıyeva “Şou ATV” proqramında məlumat verib.

Xalq artisti dörd dəfə əməliyyat olunduğunu, son əməliyyatında isə hətta narkoz deyil, “novakain”lə əməliyyat edildiyini və səsinin xəstəxana divarları arasına yayıldığını söyləyib.

“Dörd dəfə buna görə əməliyyat olundum. Birini narkozsuz, “novakain”lə etdilər. Ağrı o dərəcədə hiss olunurdu ki, çığırtımı birinci mərtəbədə eşidənlər yuxarıda nə olduğunu soruşurmuşlar”.

Bel yırtığı olduğu halda xərçəng diaqnozu qoyularaq kimyəvi şüalar verilən Xalq artisti Zabit Nəbizadə bunu Allahın sınağı kimi dəyərləndirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri