31 
Dek
2018
01:29
54
280
18323
Virtual karabakh

“Maşın Şou”: Yekun hələ də bəlli deyil - FOTO\VİDEO

31 Dek, 2018
01:29
18323

“Maşın Şou”: Yekun hələ də bəlli deyil - FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maşın Şou. Hind kinosu” davam edir.

Oxu.Az xəbər verir ki, dünəndən layihədə iki iştirakçı – Ranar Musayev Xəyalə Quliyeva qalıb.

Şou qaydalarına görə, iştirakçılar mükafat avtomobilindən əlini çəkməməlidir. Bütün nüansları nəzərə alan təşkilatçılar iştirakçılara hər iki saatdan bir dincəlmək imkanı yaradırlar. Odur ki, bu, dözümlülük və səbr mübarizəsidir.

Bu gün şouda qalib müəyyənləşməyib. Lakin irəlidə yuxusuz gecə var. Bu müddət ərzində hər şey baş verə bilər.

İştirakçıları dəstəkləməyə məşhurlar da gəlib. Kimsə sözlə, kimsə mahnı ilə dəstək verib. Şounun qonaqları arasında Tünzalə Ağayeva, Ayaz Qasımov, Nadir Qafarzadə və öncəki layihələrin qalibləri – “Maşın Şou-15” Talıb Tale və “Maşın Şou-16” Roza Zərgərlini qeyd etmək olar.

R. Zərgərli “Maşın Şou. Hind kinosu”nun iştirakçıları barədə fikirlərini açıqlayıb.

“Siz məni bağışlayın, lakin bu, gördüyüm ən maraqlı şou deyil. Psixoloji oyun, emosiya yoxdur. Heç kim öz rəqibini görmək istəmir. Bizim vaxtımızda başqa cür idi”, - deyə o vurğulayıb.

Bu “döyüş”ün nəticəsini heç kim öncədən deyə bilməz, lakin istənilən halda ən səbrli iştirakçı qalib gələcək.

ATV telekanalında saat 22.00-da layihənin növbəti buraxılışını qaçırmayın.

Sizə videonu təqdim edirik:

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini Oxu.Az və Baku.TV verir.

Cavid Osmanov
Operator: Musa Vladimir

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri