Yan
2019
16:38
56
49
3452
Virtual karabakh

“Monsterlər ailəsi” animasiya filmi “CinemaPlus”da - VİDEO

7 Yan, 2019
16:38
3452

“Monsterlər ailəsi” animasiya filmi “CinemaPlus”da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsi 2019-cu ildə “Cinemazadeh” studiyasında peşəkar Azərbaycan dilinə dublyaj edilən “Monsterlər ailəsi” animasiya filminin 10 yanvardan etibarən nümayişlərinə başlayır. 

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissor Rövşən Məmmədli, səs operatoru Vüsal Əbdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşnı Rüfət Kərimzadə, icraçı prodüseri Emil Davudzadə, baş prodüseri Cəfər Axundzadədir.

Animasiya filmini səsləndiriblər: Vüsal Xaliqoğlu, Elşən Rüstəmov, Əlixan Rəcəbov, Rövşən Məmmədli, Zemfira Əbdülsəmədova, Nəzakət Məmmədli, Mətanət Abbaslı, Vüsal Murtuzəliyev, Elman Rəhimov, Rəhim Rəhimov, Vüsal Mustafayev, Müşfiq Mirzəzadə, Vüsal Hacıqdir və Aytac Rəhimova.

Cizgi filminin rejissoru Leopoldo Aguilardır.

Cizgi filmi haqqında qısa məlumat: Günlərin bir günü Lukas öyrənir ki, o, adi insan deyil – o nəhəng bir divdir. Bu xəbər onun həyatını dəyişir. Ən pisi isə odur ki, ilk dəfə divə çevrilmə məktəbdəki gecədə, hamının gözü qabağında baş verir. Öz soy-kökünü araşdırmaq üçün Lukas maraqlı və həyəcanlı divlər adasına yola düşür. Macəralar Lukasa fərqlənməyin elə də pis bir şey olmadığını başa salır və yeni, qeyri-adi ailəsini tapmağa kömək edir. 

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri