14 
Yan
2019
09:58
65
39
4845
Virtual karabakh

“Taxt oyunları”nın sonuncu mövsümü nə vaxt başlayır? - VİDEO

14 Yan, 2019
09:58
4845

“Taxt oyunları”nın sonuncu mövsümü nə vaxt başlayır? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın ən məşhur fentezi seriallarından olan “Taxt Oyunları”nın sonuncu – sayca səkkizinci mövsümü aprel ayında start götürəcək.

Oxu.Az xəbər verir ki, bu barədə serialın rəsmi “YouTube” kanalında tizer yayımlanıb.

Videoçarxın xronometrajı dəqiqə yarımdan ibarətdir. Baş qəhrəmanlar Con Snou, Sansa və Arya Starki Vinterefell qəsrinin məqbərəsində gəzərək, öz əcdadlarının səslərini eşidir. Tizerin sonunda mövsümün aprelin 14-dən etibarən yayımlanacağı qeyd olunur.

Qeyd edək ki, “Taxt Oyunları” serialı məşhur amerikalı yazıçı Corc Martinin “Buzla alovun nəğməsi” bədii silsiləsinin motivləri əsasında yaradılıb. Serialın ilk epizodları 2011-ci ildə yayımlanıb. Serial və çəkiliş heyəti ümumilikdə 38 “Emmi” mükafatçısı olub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri