19 
İyn
2014
11:58
26
66
5867
Virtual karabakh

Məleykə Əsədova dələduz nişanlısından danışdı – VİDEO

19 İyn, 2014
11:58
5867

Məleykə Əsədova dələduz nişanlısından danışdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“O mənə özünü mömin, dindar, içkidən uzaq, ağıllı bir insan kimi tanıtmışdı”.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova nişanlısının onu aldadıb 400 min manat pulunu mənimsəməsi xəbərinə aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, müğənni xəbəri təsdiqləyərək əlavə edib:

“Həqiqətən də, üç il bundan əvvəl fanatım olan bir insanla nişanlanmaq qərarına gəlmişdim. O, mənim iki il idi ki, fanatım idi və o mənə özünü mömin, dindar, içkidən uzaq, ağıllı bir insan kimi tanıtmışdı. Sonralar hiss elədim ki, məni sevirmiş. Mənə bir neçə dəfə elçi göndərdi.

Mən Allaha bağlı olan, Allahını tanıyan bir insan olduğum üçün qərara gəldim ki, onunla nişanlanım. Amma sonradan onu yaxından tanımağa çalışdım, gördüm ki, mənə uyğun insan deyil. Buna görə də ondan uzaqlaşdım”.

Lakin 400 min manat, təqribən yarım milyon dollar məbləğində pul söhbətini isə aktrisa inkar edib:

“Məni aldadan və mənə qarşı soyğunçuluq hərəkətləri edən olmayıb. Nə də heç kimi polisə verməmişəm”.

Xanım Əsədova onu da əlavə edib ki, belə bir məlumatların yayılmasında məqsədli olan insanlar var. Belə insanlar onu gözdən salmağa çalışırlar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri