14 
Yan
2019
15:10
70
191
4934
Virtual karabakh

Xalq artisti: Bakıda ilk Şaxta baba mən olmuşam - VİDEO

14 Yan, 2019
15:10
4934

Xalq artisti: Bakıda ilk Şaxta baba mən olmuşam - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Atam, Məlik Dadaşov çox məşhur Şaxta baba idi. İndi şaxta babalıq mənə daha çox yaraşır, o zaman belə kök deyildim, arıq, hündürboy oğlan idim, məni heç kim tanımırdı.

Oxu.Az xəbər verir ki, bunu ARB TV-nin “Hüseynova bacıları” verilişində Xalq artisti Rafael Dadaşov deyib.

“Naxçıvandan gəlmişdim, bir-iki il idi Bakıda idim. Atam Məlik Dadaşovun kostyumunu geyinirdim. Küçəyə Şaxta baba paltarında çıxmağı dəb halına saldım. 1966-1967-ci illərdə Şaxta baba küçədə nə gəzirdi?! Əlimdə ağac, çamadanla, saqqallı, əynimdə qırmızı xalat küçəyə çıxdım. Bunu ilk mən etdim”, - Dadaşov qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri