21 
Yan
2019
14:34
77
169
11236
Virtual karabakh

Aynişan faciəvi uşaqlığından danışdı - FOTO

21 Yan, 2019
14:34
11236

Aynişan faciəvi uşaqlığından danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Xalidin “Instagram” səhifəsindəki paylaşımı həm diqqət çəkib, həm də oxuyanları duyğulandırıb. 

Oxu.Az xəbər verir ki, Aynişan anasının uzun sürən xəstəliklə savaşdığını və həmin günlərdə onun tək yardımçısının özü olduğunu bildirib.

Aynişan ona bəxtəvər deyənlərə ağır keçirdiyi uşaqlığından danışıb:

“20 il öncə ikinci sinifdə oxuyurdum. Anam ağır xəstə yatırdı. Heç kim qapımızı döyüb halımızı xəbər almırdı. Heç kimin heç nədən xəbəri yox idi. Məktəbdən mənə leqo almaq tapşırılmışdı. Almağa imkan olmadığı üçün anama demirdim.

Demirdim ki, üzülməsin. Anam həyatda tanıdığım ən güclü qadındır! Bəzən adamlar uzaqdan baxıb bəxtəvərlik verir. Çox vaxt pozitiv statuslar yazanda “Sən nə çətinlik görmüsən ki, əlbəttə, dünya-aləm vecinə olmayacaq” deyirlər. Görmüşəm. Atamı itirəndə bir yaşım var idi. Yeddi il yataqda həyatla mübarizə aparan ananın yanında oturub, gün ərzində 3-4 təcili yardımı qarşılayıb, yola salanda isə danışma qabiliyyətim belə tam formalaşmamışdı. Anam öyrətmişdi ki, bu rəqəmləri yığ və ünvanı de. 

Biz bir-birimizdən möhkəm yapışıb həyata tutunduq, Allaha güvəndik. Çox şükür bu günümüzə, çox şükür”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri