Fev
2019
18:23
30
200
4417
Virtual karabakh

Beyonsun konsertlərinə pulsuz bilet qazanmaq istəyənlərə müjdə - FOTO

2 Fev, 2019
18:23
4417

Beyonsun konsertlərinə pulsuz bilet qazanmaq istəyənlərə müjdə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli məşhur müğənni Beyonce pərəştişkarlarını şoka salacaq bir addım atıb. 

Oxu.Az xəbər verir ki, məşhur pop ulduz şəxsi instagram hesabında  Greenprint adlı şirkətin loqo fotosunu paylaşaraq, fanatlarını yeni proektə qoşulmağa dəvət edib. Bunun qarşılığında isə pop diva konsertlərinə və həyat yoldaşı məşhur reper Jay-Z-nin şoularına ömür boyu pulsuz bilet eldə edəcəklərini vəd edib. 

Əgər bu aksiyaya veqan olmayan şəxslər qatılsalar o zaman yalnız həftədə bir gün yəni bazar ertəsi ət və ət məhsullarından istifadə edə bilərlər. 
İştirakçıların bu aksiyanın qayda-qanunlarına necə əməl edəcəkləri və qaliblərin necə seçiləcəyi məlum deyil. Bu heyrət dolu təklifdən sonra Beyonsun fanatları onun paylaşdığı postun altında ağlasığmaz şərhlər yazıblar. 

“Ömrün sonuna kimi biletlər ? Mənə elə gəlir ki, bu saniyədən etibarən mən veqan oldum.”
“Əgər Beyons düşünür ki mən onun konsertlərinə görə çox sevdiyim steyklərdən və toyuğun qanadlarından imtina edib, təkcə göyərti məhsulları ilə qidalanacağam, o tamamilə düz fikirləşir.”

Pop divanın rus pərəstişkarlarına gəldikdə isə onlar bu fürsətdən istifadə edə bilməyəcəklər. Çünki bu aksiyada yalnız ABŞ-nın vətəndaşları yararlana bilər. 
Qeyd edək ki, Beyons bu şirkətlə imzaladığı sövdələşməyə əsasən o, 2015-ci ildən ət məhsullarından imtina edərək rəsmən veqanlığı qəbul edib. 

Rəşad Əliyev 

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri