Fev
2019
21:59
307
157
23777
Virtual karabakh

Mətanət Əliverdiyeva acıq edib verilişi tərk etdi - VİDEO

2 Fev, 2019
21:59
23777

Mətanət Əliverdiyeva acıq edib verilişi tərk etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATV-də yayımlanan “5 gəlin” verlişində gərgin anlar yaşanıb.

Oxu.Az xəbər verir ki, sözügedən verilişin aparıcısı Mətanət Əliverdiyeva ilə iştirakçının sözləri çəp düşüb. 

Belə ki, iştirakçının Mətanətə sıfır qiymət verməsi və bu azmış kimi “Mən burada təhqirli bir şey demədim” söyləməsi aparıcını özündən çıxarıb. 

“Mən götürmürəm təhqiri. Sən kimsən ki, mənə “sıfır” deyəsən. Bir hələ mənim yaşıma çat, etdiklərimi et, sonra “sıfır” deyərsən mənə. Sıfır vermək sənin borcun deyil. Sıfırı mənə Elmira xanım versə mən razı olaram, - deyə aparıcı bildirib. 

Daha sonra aparıcı verilişi tərk edib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri